Dərinin virus xəstəlikləri

Dərinin virus xəstəlikləri

Məqalələr
3 320

Sadə herpes
Kəmərləyəci dəmrov
Qızılca
Ziyillər
İtiuclu kandilomalar
Kontagioz mollyusk
Sağıcıların düyüncükləri

Dərinin virus xəstəlikləri dermatozların geniş qrupunu təşkil edir ki, buraya bir sıra nozoloji formalar aiddir. Böyüklər arasında onlar 3-4% hallarda qeyd olunur, uşaqlar arasında isə bu patologiya ilə xəstələnmənin səviyyəsi 10%-ə çatır. Dərinin virus xəstəlikləri dermatoneyrotrop (sadə herpes və kəmərləyəci dəmrov) və dermatrop (ziyillər, kontagioz mollyusk, sağıcılarln düyüncükləri) viruslar tərəfindən törədilir.

Dəri zədələnmələrinin qruplarıNozoloji formalar
HerpeslerSadə
Kəmərləyici
ZiyillərSadə
Yastı
Daban
Sapvari
İtiuclu kandilomalar
Kontagioz mollyusklar
PravaksiniyaSağıcıların düyüncükləri

Əhalinin 90%-iI tip sadə herpes virusu (SHVİ) ilə yoluxmuşlar.Itip SHV sensor paravertebral qanqliyalarda persistensiya edirlər. Əlverişsiz amillər (donma, stress və s.) təsiri altında virus aktivləşir və dəridə , çox zaman üz nahiyəsində qovuq reaksiyasını törədir.
Sadə herpes virusunun II tipi ( SHV II) ilə yoluxma cinsiyyət yolu herpesinin klinik və ya asimptomlu formaları ilə xəstələrlə cinsi əlaqə zamanı baş verir və sonralar sakral qanqliyalarda virusun persistensiyası ilə müşayiət olunur.
Su çiçəyi virusunun reaktivləşməsi (KRVİ, orqanizmin reaktivliyinin aşağı düşməsi, yaşlı vı s.) çoxvaxt kəmərləyici dəmrovun̶herpes infeksiyasının daha ağır dəri formasının yaranmasına gətirib çıxarır ki, bu da səpgilər boyunca ağrıların əmələ gəlməsi ilə müşayiət olunur, uzun müddət davam edən nevralgiyalarla, bəzi hallarda isə MSS-nin, daxili orqanların, görmə orqanının zədələnməsi ilə müşayiət olunur.
Cinsi əlaqə zamaniyoluxan virus xəstəlikləri qrupuna həmçinin cinsiyyət orqanlarının ziyilləri də (itiuclu kandilomalar) vəkontagioz mollyusklar da daxildir.Gənc yaşlı şəxslər arasında bu dermatozların artması meyli nəzərə çarpır. İİV ilə yoluxmuş QİÇS-in klinik mərhələsində xəstılik yayılmış vı davamlı uzun gedişata malik olur.
Vulqar və yastı ziyilləri, məməcikli papillomaları törədən insanın papilloması viruslarının aktivləşməsi də həmçinin immundefisit vəziyyətinin inkişaf etmısi və epiderma-daxili immunloji nəzarətin zəifləməsi (Langerhans və Qrinsteyn hüceyrələri, T-limfositlər) ilə əlaqədardır. Çox vaxt yuxarı yaş qruplarında papillomatoz törəmələr, keratomalar müşahidə olunur.

SADƏ HERPES
Tez-tez rast gələn dermatoz olub eritematoz və azacıq ödemli əsas qatda qruplaşmış qovuqların dəridə və selikli qişalarda əmələ gələn səpgilərlə özünü biruzə verməsi ilə səciyyələnir. Davamlı residivləşən, disseminasiya edən, bəzən sistem xarakter kəsb edə bilər. Cinsiyyət yolu herpesinin rastgəlmə tezliyi cinsi əlaqə zamanı yoluxan digər infeksiyalardan xeyli çoxdur.

Etiologiyası
Sadə herpes virusununI və II tipləri (SHV I və II) DNT- tərkibli dermatoneyrotrop virusdur, yoluxmuş hüceyrələrin nüvəsində və sitoplazmasında 14 saat ərzində çoxalır və onların ölümündən sonar qız virionlarının xaricə çıxması baş verir.
●Üzün və ağız boşluğunun herpesi SHV I (80-90%) və SHV II (10-20%) ilə törədilir;
●Genital herpes: SHVII (70-90%) və SHV I (10-30%);
●Herpes panarisiyası: SHVI 20 yaşa qədər, SHV II isə 20 yaşdan yuxarı aşkar edilir;
●Yenidoğulmuşların herpesi: SHV II (70%), SHV I (30%) iştirak edir.

Yoluxma yolları
SHV I ilə yoluxma zədələnmiş dəri, agzın selikli qişası, herpeslə xəstə şəxsin dodaqları ilə birbaşa təmas zamanı (toxunduqda) baş verir (adətən həyatının ilk dövrlərində). Əgər herpes infeksiyası kəskin respirator xəstəlik formasinda və ya digər etiologiyalı KRX fonunfa inkişaf edirsə, bu zaman hava-damcı yoluxma yolu mümkündür. Məşiət əşyaları vasitəsilə yoluxma az ehtimal olunur, belə ki, otaq temperaturunda SHV sürətlə məhv olurlar.
SHV-a qarşı antiteller böyüklərin 80-90%-da aşkar edilir.
Cinsiyyət yolu herpesi ilə xəstə anadan dölə SHV-nin yoluxması aşağıdakı hallarda baş verir: doğuş yollarından keçərkən ( burun-udlaq, dəri, gözlər infeksiyalaşır)̶yoluxma riski 40% təşkil edir; servikal kanal və sonradan dölyanı sular vasitəsilə; cift vasitəsilə- hamilə qadınlarda herpes virusemiyası inkişaf etdikdə.

Sadə herpesin müxtəlif variantları ( gedişinə görə)
Birincili herpes. İnsanların böyük əksəriyyətində (80-90%) SHV ilə yoluxma simptomsuz keçir. Bir qismindəsəciyyəvi səpgilər əmələ gəlir, regionar limfadenit, ağır olmayan ümumi toksik əlamlətlərin yaranması mümkündür, onlar ilə birlikdə bir neçə gün ərzində (3-4sutka) artırlar, sonra isə həmin müddətdə də zədələnmə ocağl ilə birlikdə tədricən itirlər. Gənc qadınlarda birincili herpes bəzən herpes vulvovaginiti şəklində inkişaf edə bilər.
Uşaqlarda birincili herpes çox vaxt herpes stomatiti şəklində təzahür edir və kəskin ümumi əlamətlərlə özünü biruzə verir. Adətən 1 yaşa qədər uşaqlarda inkişaf edir, yüksək temperatur, intoksikasiya simptomları ilə müşayiət olunur. Ən çox rast gələnlokalizasiya̶ağızın, damaqlarən, selikli qişası, dodaqların daxili səthi, dil. Yaranmış qovuqcuqlar deşilir, yerində çox ağrılı girintili-çıxıntılı eroziyalar əmələ gəlir. Regionar limfa düyünləri dı böyümüş və ağrılıdır. Gingivit sərt damağın ağrılı şişkinliyi, bənövşəyi rəngə çalması, hipersolivasiyası ilə müşayiət olunur. Yüngül gedişdə proses 2 həftə ərzində reqres edir. Zəif uşaqlarda infeksiyanın disseminasiyası, ağır meninqoensefalitin inkişaf etməsi ve letal sonluq mümkündür.
Residivləşən herpes̶nisbətən az nəzərə çarpan klinik simptomlarla müşayiət olunur, üzdə, genitaı orqanlarda, cinsiyyət orqanları ətrafında lokalizasiya edir, keratokoyunktivitin yaranması, ildə 1-3 dəfədən ay ərzində bir neçə dəfəyə residivlərin baş verməsi mümkündür.
Residivləşən genital herpes xəstələrdə çox vaxt kəskin fiziki və psixi dəyişikliklərin fonunda əmələ gəlir.
Uzun müddət davam edən genital herpes atipik gedişata ( vezikulyar elementlərsiz) malik ola bilər ki, o da zədələnmə nahiyəsində eritema, göynəmə və qaşınma hissiyatı ilə müşayiət olunur.
Genital herpesin tez-tez baş verən residivləri limfostaza gətirib çıxararaq xarici cinsiyyət orqanlarının fil xəstəliyinə səbəb ola bilər.

Sadə herpesin atipik formaları
Abortiv̶ zəif nəzərə çarpan papula , eritema, nekroz, tipik səpgilər olmadan subyektiv hissiyyatın yaranması.
Şişkin ( infiltrativ)̶kirpiklərdə, dodaqlarda kəskin ödemlə müşayiət olunan səpgilər.
Zosterəbənzər̶üzdə, ətraflarda, bədəndə, sağrı nahiyyəsində sinirlər boyunca ağrılı səpgilər meydana gələrək baş ağrısı, zəiflik əlamətləri ilə müşayiət edilir.
Disseminasiyalı̶bədənin müxtəlif nahiyyələrində qruplaşmış səpgilərineyni vaxtda əmələ gəlməsi.
Miqrasiya edən̶səpgi elemetləri ardıcıl şəkildə meydana çıxır və bədənin yeni sahələrini əhatə edir.
Hemorragik və nekrotik forma̶qovuqcuqların qanlı ekssudativ xarakterdə olması və nekrozun inkişaf etməsi ilə müşayiət olunur.
Elefentiazabənzər̶herpesin reqresiyaya uğradığı yerlərdə dərinin şişkinliyinin uzun müddət qalması.
Xronik sadı dəri herpesi – immundefisitli xəstələrdə diametri meşə qozu böyüklüyündə və daha böyükölçülərə malik çoxsaylı itməyən xoralı ocaqlar.
Genital orqanlarda xoralı herpes̶immunbioloji reaktivliyi zəifləmiş şəxslərdə səciyyəvi səpgilərdən sonra inkişaf edir ( qırmızı rəngli yumşaq, ağrılı xora, limfadenit də mümkündür).
Rupioid forma̶ikincili infeksianın qoşulması (laylı qartmaqlar, çatlar) nəticəsində üzdə inkişaf edir.
Herpes panarisiyaları – herpesli xəstənin selikli qişaları ilə təmasda olan tibb işçilərində (anestezioloqlar, stomatoloqlar) inkişaf edir. Ocaqlar tək-tək, bərk, ağrılı qovuqlardan ibarətdir, bəzən yayılmış eritematoz reaksiya ilə təzahür edir.
Herpes follikuliti. Əsasən kişilərdə çənə, çənəaltı və burun-dodaq üçbucağı nahiyəsində rast gəlir. Tükfollikullarının ağzında vezikullar əmələ gəlir, sonra qartmaqlarla örtülür.Proses yüngül qaşınma və göynəmə hissi ilə müşayiət olunur.
Herpes formalı Kapoşi ekzeması çox vaxt ekzema və atopik dermatitli xəstə uşaqlarda (onlar aktiv herpesı xəstə valideynlərdən yoluxular) baş verir. Bu forma yüksək temperatur, ümumi ağır vəziyyət, dəridə, selikli qişalarda disseminasiya olunmuş səpgilər, göbək mərkəzində basıqlıq şəklində çoxsaylı elemetlər, geniş sahəli hemorragik qartmaqlarla müşayiət olunur. Letal sonluq mümkündür.
Az hallarda Kapoşi ekzeması, Darye xəstəliyi, qovluqlu dermatozlarında,ixtioz,göbələkvari mikozlarda rast gəlir.

Genitalherpes
Yoluxma cinsiyyət orqanlarındavə ya ona yaxın sahələrdə herpes səpgiləri olan cinsi partnyorlardan birbaşa təmas, həmçinin remissiya dövründə (SHV-nin produksiya olunması davam etdikdə) və simptomsuz virusgəzdirmələr zamanl baş verir.
İnsanların əksəriyyətində SHVII ilə yoluxma simptomsuz və ya aydın klinik əlamətlər olmadan müşahidə olunur.
Genital herpes zamanı 70% hallarda SHV II tip, digər hallarda isə SHV I tip aşkar edilir. Homoseksual yönümlü şəxslərin təqribən yarısı SV II ilə yoluxmuşlar, fahişə qadınlar arasında isə SHV II ilə yoluxma 80%-ə çatır.
Genital herpes gənc yaşlı şəxslərin cinsiyyət orqanlarının xoralı zədələnmələrin ən çox rast gələn növlərindən sayılır.
Cinsiyyət orqanlarının birincili herpesi çox vaxt ümumi simptomatika (qızdırma, baş ağrısı, mialgiyalar, zəiflik) ilə müşayiət olunaraq 6-8 gün ərzində artır. Qruplaşmış qovuqlar çox vaxt məhdud yerləşmiş kiçik lövhəcik şəklində olurlar, bəzən cinsiyyət üzvününböyük hissəsini, xayaları, budları, sağrıları, qadınlarda isə cinsiyyət dodaqlarını, klitoru, aralığı, budun daxili səthini, sağrıları əhatə edir. Qaşınma, göynəmə hissiyyatı, dizuriya, bəzən uşaqlıq yolundan, uretradan ifrazatın gəlməsi, sistit əlamətləri ilə yanaşı, qarnin aşağısında ağrıların yaranması (çanaq limfadeniti), meninqizm, işialgiya əlamətləri də mümkündür.
Homoseksualistlərin herpetik proktiti ( törədicisi SHV I tip) ağrılar, tenezmlər, recrum-dan ifrazatın gəlməsi ilə müşayiət olunur; müayinə zamanı düz bağıraqda iltihabı və eroziv-xoralı sahələr aşkar edilir.
Genital herpesin birincili yaranmasından sonra 2% xəstələrdə residivlər hər ay, 13% xəstələr hər 2-11 aydansonrahər il, 24% xəstələrdə nadir hallarda müşahidə edilir.Asiklovirin qəbulu cinsiyyətorqanlarından virusun ifraz edilməsini və cinsi partnyorun yoluxma riskini azaldır.
Genital herpesin residivləri zamanı simptomatika bir o qeder de aydın nəzərə çarpmır.
Genital herpesi siflisin birinci ve ikinci dövrünün aktiv əlamətləri ( eroziyalar, xoralar, papulyoz və pustulyoz və siivatfilidlər), yumşaq şankr, süzənək, trixomonad, xlamidiya, bakterial etiologiyalı qeyri-spesifik eroziyalar, xoralar diferensiasiya edirlər; İİV-infeksiyanı mütləq istisna etmək lazımdır.

KƏMƏRLƏYİCİ DƏMROV
Varicella zoster virusunun reaktivasiyası nəticəsində meydana çıxan və adətən bir dermatom daxilində sinirlər boyunca qrupşəkilli vezikulyoz səpgilərlə təzahür edən kəskin virus xəstəliyidir. 15 yaşa qədəruşaqlar böyüklərə nisbətən çox az hallarda (5%) xəstələnirlər. 60 yaşdan yuxarı şəxslərdə postherpetik nevralgiya ağırlaşması daha çox (40% xəstələr) təsadüf edilir. Yaşadığı müddətdə kəmərləyici dəmrov ilə xəstələnmə ehtimalı 10-20% təşkil edir.

Klinik formaları
Adi forma. Elemetlerin unilateral yerləşməsi səciyyəvidir. Dəri əlamətləri eritemadan və uzununa düzülmüş dartılmış papulyoz elementlərlə başlayaraq vezikulalara və pustulalara, sonradan qabıqla örtülmüş eroziyaya çevrilərəkvə bu sahələrdə bozumtul-qonur piqmentasiyalar əmələ getirirlər. Yüngül hallarda proses 1-3 həftə ərzində reqressiya edir. Postherpetik nevralgiya (zədələnmiş sinir boyunca ağrı hissiyatı və paresteziyalar) 1 ilə qədər və daha çox qala bilər (xronik nevritin nəticəsi və sinirin çapıqlı dəyişikliklərin olmasıdır).
Vezikulyar və eroziv elementler ağzın, uşaqlıq yolunun, sidik kisəsinin selikli qişasında əmələ gele bilər (zədələnmiş qanqliyanın topoqrafiyaslndan və onun innervasiya zonasından asılı olaraq). Regionar limfadenitin inkişaf etməsi, müxtəlif hissiyyat növlərinin dəyişilmələri və mimiki əzələlərin parezi mümkündür.
Abortiv forma: ödem, eritema, sinir boyunca papulyoz səpgilər, zədələnmə yerlərində ağrılar.
Xoralı-nekroz forması. Ağır hallarda səpgilər xoralı və xoralı-nekroz xarakterini alırlar. Onların reqresiyası 1-1,5 ay davam edir.
Generalizə olunmuş forma qan xəstəlikləri, şiş (törəmələr) olan, kimyəvi terapiya alan şəxslərin bir qismində (2-4%) müşahidə olunur. Səpgilər çoxsaylı, bəzən birləşən papulyoz-vezikulyoz elementlər, lövhəciklər şəklində disseminasiya edərəkdəri örtüyünün böyük sahələrini əhatə edir.
Qanqrenoz forma şəkərli diabet, xora xəstəliyi olan şəxslərdə, yaşlı insanlarda daxilində qanlı tərkibi olan vezikillar şəklində inkişaf edərək yerində qanrenizasiya sahələri əmələ gələrək çapıqlaşırlar. Bəzən kəskin simpatalgiyalar və qanqlionitlər ( ürək fəaliyyətinin pozğunluqları, MBT-nun, sidik aktının pozulması və s.dəyişikliklər) inkişaf edir.

ZİYİLLƏR
İnsanın papilloması virusunun (İPV) patogen təsiri natəcasində epidermal hiperkeratotik papulaların əmələ gəlməsi və dərmanın qeyri-iltihabi xarakterli papillomatoz reaksiyasının inkişaf etməsi.

Etiolgiyası
İnsanın papilloma virusları ( ikizəncirli DNT-dən ibarətdir): İPV- I ayaqaltı ziyilləri; İPV-II adi ziyillər; İPV- III̶yastı ziyillərdir.
Yoluxma yolları. Yoluxma xəstələrdən kontakt yolu ilə, virusla çirklənmiş məşiət əşyaları ( dəsmal, paltar, ayaqqabı və s.) vasitəsilə baş verir.
İlkin şərait yaradan amillər: dərinin zədələnməsi, dərinin quru olması, ümumi reaktivliyin və immunitetin azalması, vegetativ nevrozlar, şəxsi gigiyenaya əməl olunmaması, immundepressiv terapiya, hüceyrə immunitetinin defekti, İİV ilə yoluxma.

Klinik formalar
Sadə (vulqar) ziyillər̶yarımdairəvi qeyri iltihabi dəri rəngində olan, bərk, qabıqlanan, bəzən vegetasiya edən, ağrısız, kələ-kötür, çoxsaylı düyüncüklərdir, əksərən əllərdə, bəzən isə diz nahiyəsində yerləşirlər. Onların yerində dəri cizgiləri vizuallaşmır. Müayinə zamanı lupanın altında tünd nöqtələr ( məməcik kapilyarlarının trmbozu əlamətidir)̶vulqar ziyillərin diaqnostik simptomu aşkar edilir. Götürülmüş ziyilin yerində qız elementləri ( izomorf reaksiya) meydana gələ bilər.
Yastı ( gənclik) ziyilləri̶normal dəri və ya qonuru rəngdə olan yastı düyüncüklərdir, səthləri hamardır, bir qayda olaraq çoxlu saydadırlar; üz nahiyəsində, əllərin arxa səthində, dizlərdə əmələ gəlir. İzomorf reaksiya xarakterlidir.
Ayaqaltı ziyilləri̶əvvəlcə parlaq xırda papulalardır, sonra sarımtıl rəngdə törəmələr meydana çıxaraq, qalın buynuz qatla örtülmüşdür, bir neçədir, ağrılıdır. Xırda ziyillər birləşdikdə mozaikanı xatırladan lövhə əmələ gəlir. Ayaq barmaqları arasında tez-tez «öpüşən» ziyillər əmələ gəlir və onları melanoma ilə diferensiasiya etmək lazımdır.
Sapvari (xlovlu) ziyillər̶ çıxıntılar şəklində nazik, bəzən buynuz tipli törəmələrdir, çox vaxt kirpiklərdə, çənəaltında, boyunda, qoltuqaltı sahələrdə və bədənin digər sahələrində yerləşirlər.
Xəstəliyin gedişi- xronikidir.