Hipertrofik və keloid çapıqlar

Hipertrofik və keloid çapıqlar

Məqalələr
2 188

Hipertrofik və keloid çapıqlar dəri zədələnmələri (yara, sıyrıq, absesləşən sızanaqlar, peyvəndlər,qulaq deşmə, əməliyyat şovları, diatermokoaqulyasiya və s.) yerində və ya spontan olaraq birləşdirici toxumanın izafi olaraq əmələ gəlməsi nəticəsində yaranır.Kelod çapıq hipertrofikdən fərqli olaraq trvamaya məruz qalmış sahədən də əhəmiyyətli dərəcədə kənara çıxır. Hieprtrofik çapıqların forması günbəzəbənzər, keloidlərdə xətli; rəngi-normal və ya çəhrayımtıl qırımızı; səthi-hamar və parlaq; kosistenisyası-sərt və möhkəm olur. Keloid çapıqlarda toxumada kollagen liflər üstünlük təşkil edir, fibroblastlar isə olmur.
Dərinin keloidreaksiyasına konstitusial meyillik daha çox avstraloid – neqroid irqinə aid şəxslərdə təsadüf olunur.
A.I- polipeptid zəncir;II-tropokollagen molekulları; III – protofibrillər; IV –köndələn cızıqlarla görünən fibrillər; V-kollagen liflər.
B. Kolagen molekulunun spiralstrukturu. Xırda açıq rəngli dairəciklər-qlisin; iri açıq rəngli dairəciklər̶prolin, ştrixlənmiş̶hidroksiprolin.
C. Kollagen fibrillərin elektron mikrofotoqrafiyasıx 130000. П-dövr.
Müalicə. Çapığın ilkin olaraq maye azotla dondurulması çapıq toxumasında əvvəlcə ödem yaradır, sonra isə toxumanınyumşalmasına və oraya triamsinolon asetonidin (10-40 mq) rahat yeridilməsinə imkan yaradır. Belə prosedurlar ayda bir dəfə aparılır. Bəzi hallarda çapıq toxumasının dərin krioterapiyası aparılır. Çapıqların cərrahii müalicəsi tövsiyyə edilmir, belə ki əməliyyatdan sonrakı defekt daha artıq çapıq toxaması ilə dolur.