Rozasea

Rozasea

Məqalələr
2 550

Dərinin kuperoz xəstəliyinin əlamətlərinə oxşar digər patologi xəstəliyi də vardır. Bu rozasea xəstəliyidir. Kuperoz və rozasea xəstəliklərinin əmələ gəlmə səbəbləri və əlamətləri bir - birinə çox bənzəyir. Rozasea xəstəliyi üz dərisindəki damarların zədələnməsi ilə müşayət olunur. Əvvəllər rozasea xəstəliyinə ağır xəstəlik kimi baxılmırdı. Onu hətta” çəhrayı yanaq” xəstəliyi də adlandırırdılar, o kosmetik qüsur hesab edilirdi. Bunun səbəbi isə xəstəliyə çoxlu spirtli içki qəbul edən adamlarda rast gəlinməsi idi. İndi isə rozasea xəstəliyinin əmələ gəlmə mexanizminin tamamilə başqa şey olduğu aşkarlanıb.
Müalicəsi
Rozaseanın profilaktikası
Əmələ gəlmə səbəbləri və mexanizmi
Rozasea dərinin xroniki xəstəliyi olub, yanaqların, burunun, alının qızarması və açıq çəhrayı rəngdə səpgiləri, xırda ulduzcuqlar şəklində damarların meydana çıxması ilə müşayət edilir. Xəstəlik qızaran hissədə kiçik irinli səpgilərlə və dərinin atrofiyası ilə də müşayət edilir.
Təəssüflə qeyd etmək lazımdır ki, müasir günümüzə qədər xəstəliyin əmələ gəlmə səbəbləri tamamilə aydınlaşdırılmamışdır. Xəstəliyin əmələ gəlməsində iki əsas səbəb irəli sürülür. 
Bunlardan birincisi dəri damarlarının xarici faktorlara qarşı (soyuq, isti, quru temperatur və ya temperaturun qəfil aşağı düşməsi) həddindən çox həssas olması, ikincisi isə irsi faktordur. İrsi fatorun irəli sürülməsinə səbəb isə damar patologiyalarının genetik xarakter daşımasıdır.
Xəstəliyin əmələ gəlmə səbəbləri arasında demodeks (Demodexfolliculorum) gənəsinin də rolu olduğunu söyləyən mənbələr var. Bu gənələr dəri damarlarında və piy vəzilərində öz parazitlik fəaliyyətlərini həyata keçirən gənələrdir. Müasir tibb isə demodeksin tamamilə sağlam adamların dərisində yerləşdiyini və müalicə yolu ilə tam sağalmanın baş verdiyini qeyd edir.
Bəzi mənbələr isə rozaseanın mədə - bağırsaq üzvləri ilə əlaqədar olaraq meydana çıxdığını söyləyirlər. Onlar buna səbəb kimi Helikobakter pilori bakteriyalarının qastrit və mədənin yara xəstəliyi ilə yanaşı çəhrayı səpgilərə səbəb olduğunu misal gətirirlər.
Digər mənbələrin məlumatlarına görə çəhrayı səpgilərin əmələ gəlməsində müxtəlif dərman preparatları rol oynayır. Bu fikir qismən doğrudur. Belə ki, “ steroidrozaseanın” əmələ gəlməsinə üzə sürtülən kortikosteroid mazlarının səbəb olduğu sübut edilib. Hansı ki, bu mazları üzə sütrmək olmaz.
Bir sözlə rozasea xəstəliyi aşağıdakı hallarda inkişaf edə bilir:
* qadınlarda menopauza, cinsi əlaqədən uzaq olan zaman və ya hamiləlikdə hormonal fonda baş verən dəyişikliklər səbəbindən
* həddindən çox açıq rəngli dəriyə sahib olan və “ kelt”fenotipə(yaşıl gözlü, sarı-qırmızı saçlı, açıq dərili adamlar) mənsub olanlarda İngilislər bu xəstəliyi ”keltlərin şeytanı” adlandırıblar.
* həssas dəriyə və xəstə damarlara malik olduqda
* xroniki allergiyadan və ya kontakt dermatitdən əziyyət çəkənlərdə
* endokrin sistemdə patologiyası olanlarda
* vegetativ damar distoniyasından və üz damar patologiyasından əziyyət çəkənlərdə
* mədə-bağırsaq xəstələri zamanı
* həddindən çox spirtli içki qəbul edənlərdə
* küçədə, qapalı məkanlarda və ya saunada qəfil temepratur dəyişikliyinə uğrayanlarda
Rozasea xəstəliyinin yayılma tezliyi qadın və kişilərdə eyni miqdardadır. Bu xəstəliyə şimal ölkələrindən isti bölgələrə kimi bütün ölkələrdə rast gəlmək mümkündür.
Rozaseanın əlamətləri
Xəstəliyin əlamətləri bir neçə mərhələdə müxtəlif cür olur:
1- ilkin mərhələ
2- xəstəliyin inkişaf etdiyi mərhələ
3- xroniki mərhələ
İlkin mərhələdə rozasea soyuq və qaynar su ilə kontakda olduqda, spirtli içkivə ya qaynar içki qəbulundan sonra, temperaturun qəfil aşağı düşməsi) həddindən çox həssas olması, ikincisi isə irsi faktordur. İrsi fatorun irəli sürülməsinə səbəb isə damar patologiyalarının genetik xarakter daşımasıdır.
Bu mərhələdə səpgilər əsasən alın, burun, yanaqlar və ümumiliklə T bölgəsində meydana çıxır. Bu zaman pasiyentlər həkimə müraciət etmirlər və kosmetik vasitələrlə qızartıları örtürlər.
Sonralar isə kapilyarlar genişləndikcə yerli temperatur və yerli mikrofloranın genişlənməsi müşahidə edilir. Bu zaman qızarmış nahiyədə sızanaqlar əmələ gəlir və sonra iltihablaşmağa başlayır. Bu zaman dəri qalınlaşır, qabarır və səpgilər böyüyür, damarlar daha da genişlənir(teleangioektaziya) və bu əlamətlər daimi olur.
Xəstəliyin xroniki mərhələsi perioral, qırmızı, düyünlü və papullu səpgilərlə müşayət edilir. Əlamətlər öz sahəsini daha da genişləndirərək zədələnmə zonasının artmasına səbəb olur. Bu zaman dəridəki zədələnmə yeri kobud və kələ-kötür olur.
Sonralar xəstəlik proqressivləşdikcə qaşlar və gözətrafı nahiyələr də zədələnir. Proses orqanizmdə diskomfort yaradır: geyişmə, qaşınma, gözlərdə quruluq, göz yaşı axma meydana gəlir. Bəzi hallarda xəstəlik sağaldıqdan sonra da onun gözlərdə əmələ gətirdiyi patoloji əlamətlər uzun müddət davam edir. Bəzən isə okulyar rozasea görmənin itirilməsinə səbəb olur.
Rozasea hamiləlik və doğuşdan sonrakı dövrdə də meydana gələ bilir. Bu zaman yüngül müalicə ilə xəstəlik qısa bir zamanda sağalır, amma, hər sonrakı hamiləlik zamanı rozasea təkrar residiv verə bilir.
Kişilərdə rozasea əsasən burun nahiyədə meydana çıxır. Bu zaman xəstəlik dəridə rinofima (burun dərisinin tündləşməsi, burulması və disfunksiyası ilə xarakterizə olunan xəstəlik)əlamətləri əmələ gətirə bilir.
Rozaseanın diaqnozu
Təcrübəli mütəxəssis xəstəliyin diaqnozunu kliniki əlamətlərə baxaraq qoya bilir. Ancaq, bu xəstəliyin əlamətləri digər dəri xəstəliyinin əlamətləri ilə oxşar olduğuna görə differensial diaqnostika tələb olunur. Bunun üçün dərinin mikroflorası və damarların vəziyyəti diqqətlə müayinə edilməlidir. Lazım gəldikdə isə qanın biokimyəvi analizlərini yoxlatdırmaq lazımdır. Əgər dəridə irinli proseslər inkişaf edibsə o zaman bakterioloji analizlər verilir.
Rozaseanın müalicəsi
Rozaseanın müalicəsi iki istiqamətdə aparılır:
1- Yerli
2- Ümumi
Yerli müalicə zamanı müalicəvi mazlardan, ixtiol, naftalan və ya metronidazol tərkibli kremlərdən istifadə edilir. Bitki tərkibli kompreslərdən istifadə etmək də xəstəlik əlamətlərinin azalmasına səbəb olur. Bu zaman çobanyastığı, adaçayı və boymədəran dəmləmələrindən istifadə edilir. Bu üsullar xəstəliyi tamamilə müalicə etmir, ona görə də xəstəyə mazlarla birlikdə kompoleks müalicə təyin etmək lazım gəlir.
Rozaseanın müxtəlif növlərindən asılı olaraq xəstəyə antibiotiklər təyin edilir, lakin, onların müalicəyə bir o qədər köməyi olmur. Bu səbəbdən də mütəxəssislər xəstələrə özbaşına antibiotik qəbul etməyi məsləhət bilmirlər. Antibioptik müalicəsini yanlız həkim təyin etməlidir, çünki, onlar yanlız dəridə irinli səpgilər olan zaman qəbul edilməlidir. Həkim antibiotiki dəriyə tətbiq edən zaman köməyi olmadıqda daxilə təyin edir. Bunlarla bərabər xəstəliyin gedişinə uyğun olaraq pasiyentə digər dərmanlar da təyin edilir.
Uzun illərdir ki, rozaseanın müalicəsi köhnə sxemlə aparılır, amma, xəstəliyin tamamilə sağalması əldə edilımir.
Rozaseanın müalicəsi bir - neçə həftədən bir-neçə aya kimi kurslarla davam etdirilir. Müalicə zamanı xəstəliyin xroniki olduğunu nəzərə almaq lazımdır. Bu xəstəlik müalicəyə çətin tabe olur. Müalicəni əldə etmək üçün xəstəliyin əmələ gəlmə mexanizmini dəqiqləşdirmək lazımdır.
Xəstəliyin ilkin dövrlərində rozasea müalicəyə daha tez tabe olur. Buna görə də mütəxəssislər xəstəliyin ilkin əlamətləri meydana çıxan zaman xəstələlərə həkimə getməyi tövsiyə edir. Xəstəliyin ağırlaşması rinofimaya və teleangioektaziyaya səbəb olur və uzun illər müalicə tələb edir.
Ən yaxşı terapevtik effekt isə rozaseanın lazerlə müalicəsi zamanı əldə edilir. 
Xəstəliyin ağırlaşmış formalarında özbaşına müalicə rozaseanın konqlobat formasının əmələ gəlməsinə səbəb olur ki, bu da irinli və iltihablaşmış svişlərlə özünü biruzə verir. Bu zaman iltihabı ocaqlar cərrahi müalicə tələb edir və yaraya drenaj qoyulur.
Əgər iltihabi fistula xaric edilmişsə müalicə terapevtik olaraq davam etdirilir. Cərrahi müdaxilə zamanı ulduz çəklində olan damarlar da xaric edilir. Bu zaman krioterapiyadan və fotokoaqulyasiyadan istifadə edilir. Müasir tibbdə bu üz damarlarının xaric edilməsi üçün ən etibarlı müalisə üsulu sayılır. Müalicədən sonra xəstəyə istənilən hava şəraiti zamanı günəş kremlərindən istifadə etmək tapşırılır.
Ən yaxşı müalicə üsullarından biri də ənənəvi elektrokoaqulyasiyadır. Bu üz dərisinə elektrik impulsları ilə təsir göstərərək kriodestruksiya ( maye azotla kapilyarsetkanı aradan qaldırmaq), dermabizasiya və müxtəlif formalı pilinq etməkdir.
Xəstəliyin profilaktikasında dərini ərtafdakı fiziki təsirlərdən (isti hava, şaxta, külək və s.) qorumaq durur. Qaynar içkilər, sərt və kəskin qida, spirtli içki qəbulu da da xəstəliyin profilaktikasında rol oynayır. Xüsusi müalicəvi kremlərdən, at şabalıdı tərkibli dekorativ kosmetikalardan istifadə etmək də dərini müdafiə edir.
Reozasea xroniki xəstəlik olduğu üçün davamlı olaraq kosmetoloqa müraciət etmək lazım gəlir. Rozaseadan müalicə almış xəstələrin həkim qəbuluna getmədikləri zamanda belə, ildə 2-3 dəfə kosmetetoloqa müraciət etmələri vacibdir.