Dərinin ekzematik reaksiyaları

Dərinin ekzematik reaksiyaları

Məqalələr
1 977

“Ekzema” yunan dilində “qaynamaq”, ”yanmaq” deməkdir. Xəstəliyə bu adın verilməsi onun dəridə meydana çıxan kiçik qabarcıqların əmələ gətirdiyi əlamətlərlə bağlıdır.
Ekzematoz reaksiyalar özünü bəzi xəstəliklərin kliniki gedişi zamanı biruzə verir (atopik dermatit, streptodermiya, impetiqo, mikozlar, qoturluq, toksidermiya). Ekzematoz əlamətlər dəridə meydana çıxdıqdan sonra uzun müddət qala bilir, dəridə patoloji əlamətlər əmələ gətirir, sərbəst şəkildə nozoloji forma aldığına görə ekzema adlandırılır.
  Ekzematoz reaksiyaların etiopatogenezi:
Ekzogen reaksiyaların əmələ gəlməsində endogen və ekzogen faktorların rolu böyükdür. Patoloji əlamətin əmələ gəlməsində aşağıdakı fon faktorlar da rolu olduğu qeyd edilir:
1. Dərinin ekzematik reaksiyalara qarşı meyilli nolması
2. Hormonal fon
3. Neyrogen faktorlar, psixomatoz stresslər
4. Dərinin degerenerativ dəyişiklikləri (qan axınının çatışmazlığı və ya innervasiyaların pozulması)
Fon faktorları dərinin reaktivliyini dəyişdirir, ekzogen faktorlara qarşı dərinin həssaslığını artırır, əsasən də standart ekzematoz reaksiyaların meydana çıxmasına səbəb olur.
 Patoloji əlamətlərin əmələ gəlməsinə səbəb olan xarici faktorlar müxtəlif cür olur:
1) Sensiblizasiya əmələ gətirən infeksiya səbəbli
* Dəridə yerli mikrob və mikotik ocağın əmələ gəlməsi
* Dərinin hər yerində mikrob və mikotik ocaqların olması
2) Toksiki-allergik faktorlar
* Medikamentoz faktorlar
* Alimentar faktorlar
* Professional faktorlar
3) Yaşlı insanlarda allergenlər tərəfindən baş verməyən dəri qıcıqlanmaları da dəridə degenerativ dəyişikliklərin baş verməsinə səbəb ola bilir.
Ekzematik reaksiyaların patolohistoloji şəkli
Ekzematik reaksiyaların patohistoloji şəkli patologiyanı əmələ gətirən faktorlardan və xəstəliyin fazasından asılı olaraq müxtəlif olur.
  Kəskin fazada:
1. Dəridə sponqioz, limfosit tərkibli kiçik şırımlar, nadir hallarda neytrofillər(ikinci infeksiya səbəbli)
2. Parakeratoz
3. Dəridə limfositar infiltratların artması, sorucu qatda şişkinliyin olması
Xroniki fazada:
1 Parakeratoz, hiperkeratoz
2 İnterkostal akantoz
3 Limfosit-histositar infiltratın dərinin üst qatına çıxması
 Ekzematik reaksiyaların kliniki şəkli
Ekzema üçün xarakter xüsusiyyətlərdən biri onun xroniki olaraq residiv verərək meydana çıxmasıdır. Xəstəliyin kəskin, yarımkəskin və xroniki fazaları var.
Kəskin faza dəridə çoxlu sayda eritomatoz mikrovezikulalarla müşayət olunur. Bu zaman dəridə yüngül şişkinlik meydana çıxır. Ödemləşmiş eroziyalardan daima eskudat axır. Mütəmadi olaraq qabarcıqlar kiçilib nöqtəvari  şəkil alır və qaşınma verir.
Yarımkəskin faza polimorfizm yetişməsinə – eyni zamanda qabarcıqlar, eroziya, kəpəkləşmə xüsusiyyətinə malikdir.
Xroniki faza üçün lioxenifiksasiya xarakter xüsusiyyətdir. Bu fazada aktiv eritema yerini passif erritema ilə əvəz edir. Bu dövrdə eritema tək qabarcıq şəklində və qeyri-düzgün sərhədlərə malik olur.
  Ekzemanın etioloji klassifikasiyası
Xəstəliyin etiologiyası aşağıdakı növlərə ayrılır:
1. Mikroblu ekzema
2. Professional ekzema
3. Degenerativ ekzema
  Mikroblu ekzema: Dərinin streptokokk, mikotik zədələnmələr və ya travmadan sonrakı iltihablaşma səbəbindən baş verir. Bu ən çox yaşlı adamlarda baş verir. Xəstəlik üçün zədə ocağının dəqiq sərhədli və iri ölçülü olması xarakterdir.
* Çəhrayı rəngli, nəm və nöqtəli eroziyalarla müşahidə edilir
* Yayılmış forma lokalizasiya olunması, simmetrik şəkildə papula vezikul elementlərlə yerləşməsi xüsusiyyətinə malikdir.
Professionall ekzema Professional allergik dermatit şəklində meydana çıxır.
Degenerativ ekzema :
* Adətən yaşlı adamlarda uzunmüddətli və allergik qıcıqlanmalar vermədən meydana çıxır.
* Parıltılı qabarcıqlar şəklində səpgilərlə meydana çıxır, zəif şəkildə mikrovezikulyasiyaya malikdir.
* Ətraflarda lokallaşır.
  Ekzemanın kliniki formaları
  Ekzemanın aşağıdakı kliniki formaları ayırd edilir:
1 Dihidrotik
2 Səthi
3 Ekzematid
  Dihidrotik ekzemanın aşağıdakı xüsusiyyətləri var:
* Ən çox vegetativ sinir sistemi pozulmuş xəstələrdə (həddindən çox tərləyən, ən çox da əllərinin içərisi və dabanlarında tərləmə olan, qırmızı dermoqrafizm,  oynaqlarda zəifləmə olduğu zaman) meydana gəlir
* Zədələnmənin ovucda və dabanda əmələ gəlməsi
* Eritemanın pis görünüşə malik olması (dəri qatının qalınlaşdığına görə)
* Çoxkameralı kiçik qabarcıqların əmələ gəlməsi
* Zədə ocağının dəqiq sərhədlərinin olması
  Səthi ekzema:
* Dairəvi, diametri 1,5-3 sm-dən böyük olmayan, ətraf dəridən yüngül qabarması ilə fərqlənir.
* Mikrovezikulalara malikdir və qabıq verir.
* Lokallaşma yeri - əllərin və biləklərin arxa tərəfi
* Xroniki residiv verir.
  Ekzematid:
* Qabıqlaşmış ekzemanın abortiv forması. Bu forma üçün aşağıdakılar xarakterikdir:
* Kiçik və plastik, yumşaq səhtə malik yara ocağının olması
* Çəhrayı rəngli dairəvi və ya oval formalı olması
* Mikrovezulyasiya ilə örtülü kiçik eroziya
* Dəri qaşınması
* Ən çox gövdə və ətraflarda əmələ gəlməsi
  Ekzematik reaksiyalar zamanı həkimin taktikası
  Müalicə prinsipləri:
1) Yara yerində xroniki infeksiyanın və intoksikasiyanın olmasını araşdırmaq və sanitariya qaydalarına əməl etmək
2) Dəri-allergik reaksiyaları ilə allergenlərin test edilməsi, xəstəliyin əmələgəlmə səbəbinin öyrənilməsi və maksimum eliminasiya
3) Dəriyə daima qulluq etmək
4) Dərman müalicəsi
  Dərman müalicəsi
1.Hiposensibilizasiyaedici dərman maddələri
* Antihistamin preparatlar
* Kalsium preparatları
* Tiosulfat natrium
2. Detoksikasiyaedici müalicə
3. Vegetativ sinir sisteminə təsir edən preparatlar
4 Psixotrop dərmanlar
* Anksiolitiklər
* Antidepressantlar
5. Qlükokortikosteroidlər – ağır hallarda 1-5 həftədən çox olmayaraq (residiv baş verdikdə uzun müddət qəbul edilə bilər)
6. Xaricdən müalicə - iltihabi proseslərin xarakterindən asılı olaraq tətbiq edilir.
Dərinin kəskin və xroniki iltihabı zamanı xaricdən tətbiq edilən müalicənin prinsipləri
Kəskin iltihabi proseslər eritema və şişkinliklə, qabarcıqlar və eroziya (bulyoz forma), qabıq əmələgətirən (nekrotik) forma ilə müşahidə edilir.
Xroniki dəri iltihabı durğun hiperemiya, zəif infiltirasiya, lixenifikasiya, hiperkeratoz və ya dəridə trofik dəyişikliklərlə özünü biruzə verir.
Xaricə tətbiq edilən müalicə patoloji dəyişikliklərin gedişinə və subyektiv əlamətlərin azalması istiqamətində aparılır. Bu xaricə tətbiq edilən dərmanların müxtəlifliyindən asılı olur.
Dərmanların seçilməsi iltihabın dərəcəsindən asılı olaraq tətbiq edilir. Kəskin proseslər zamanı dəriyə sarğılar qoymaq lazım gəlir. Bu zaman pudra (prisıpka), “boltuşka”, liniment və s. kimi dərmanlardan istifadə edilir. Xroniki proseslər zamanı iltihab əleyhinə pastalardan, mazlardan, kremlərdən istifadə edilir.
  Nəm sarğılar.
Kəskin iltihabi proseslər, hiperemiya, ödem zamanı dəriyə sarğılar qoyulur. Nəm sarğı dəridəki istiliyi azaldaraq sərinləşdirici təsir edir, iltihabı azaldır.
  Pudra
Kəskin iltihabi proseslər zamanı pudradan istifadə etmək dəridəki nəmliyi aradan qaldırır və yaraların sağalmasını tezləşdirir. Bu  müalicə dərinin istilikverməsini sürətləndirir və iltihab əleyhinə də təsir göstərir.
Boltuşka və liniment kəskin və yarımkəskin iltihabi proseslər zamanı tətbiq edilir.
  Pastalar
Pastalardan yarımkəskin iltihabi proseslər zamanı istifadə edilir. Bu müalicə eksudatın sorulmasına, dərinin soyumasına və iltihabın azalmasına səbəb olur. Pastaların tərkibində olan yağlar dərini yumşaldır, dərinin soruculuq qabiliyyətini artırır və dərman maddələrinin sorulmasını sürətləndirir.
  Kremlər
Kremlərin tərkibində dərman, yağ və su olur. Bu müalicə əsasən xroniki proseslər zamanı tətbiq edilir.
  Mazlar
Mazların tərkibi yağlardan və poroşokdan ibarət olur. Mazlar hiperemiya, infiltrasiya, lixenifikasiya zamanı tətbiq edilir. Mazlar dərinin istiliyini azaldır, dəridəki damarları reflektor olaraq genişləndirir, qan dövranını  yaxşılaşdırmaqla sağalmanı sürətləndirir. Mazlardan sarğı zamanı da istifadə edilir. Kəskin iltihabi proseslər zamanı isə mazlardan istifadə etmək əks göstəriş sayılır.
Müalicə zamanı dərman formasının  seçilməsini düzgün təyin etmək lazımdır. Belə bir qayda var: iltihabi reaksiya nə qədər kəskin olarsa, onunla daha ehtiyatla yanaşmaq lazımdır.
  Müalicə zamanı iltihab əleyhinə sulu məhlullardan da istifadə edilir. Bu məhlulllara rezorsin, gümüş nitrat, tanin tərkibli məhlulları misal göstərmək mümkündür.
Müalicə zamanı iltihab əleyhinə kortikosteroidlərdən, keratoplasik preparatlardan (ixtiol, deqot, naftalan və s.) da az miqdarda istifadə edilir.
Xroniki iltihabi proseslər zamanı əsas məsələlərdən biri də  infiltirasiyanın baş verməsinə yol açmaqdır. Bu məqsədlə də az miqdarda iltihabın yetişməsini sürətləndirən preparatlardan (deqot, ixtiol yüksək dozalarda) istifadə etməyə icazə verilir. Bu cür dərman preparatlarının isə maz və ya pasta şəklində istifadə edilməsi daha məqsədəuyğun hesab edilir.