Dermatitlər

Dermatitlər

Məqalələr
1 623

Sadə irritant kontakt (təmas) dermatiti
Allergik kontakt ( təmas) dermatiti
Kəskin dermatitləri və xronik ekzemaları bəzən bir ümumi epidermal, reaksiyaları qəbul etməmək adıaltlnda birləşdirirlər. Buxəstəliklər çox tez- tez təsadüf olunur, bunlar dəri xəstəliklər olan pasiyentlərin 15-20%-də müşahidə edilir. Belə xəstəlikləri qeyri-yoluxucu xəstəliklərə aid etmək olar, ona görə də yoluxucu olmayan polietioloji iltihabi dermatozlara daxildirlər, bu zaman klinik şəkil epidermisdə və dərmanın yuxarı qatlarında baş verən patoloji dəyişikliklərlə səciyyələnir.
Tez-tez qaşınma ilə müşahidə olunan bu dəri əlamətlərinin kəskin gedişi zamanı klinik olaraq ön plana qızartı, ödem, qovuqlar, islanma (su vermə) və qartmaqla nəzərə çarpan ekssudativ-iltihabi proseslər, xroniki gedişi zamanı̶qızartı, epidermisin kobudlaşması(akantoz), qabıqlanma və ya lixenifikasiya ilə birlikdə proliferativ-iltihabi proseslər çıxır.
Orqanizmin fərdi reaktivliyindən asılı olaraq dermatitlər həm məlum, həm də naməlum, endogen və ya ekzogen təsir göstərən provokasiya amilləri (toksiki, yaxud allergik mənşəli) tərəfindən törədilə bilər.

Klinik şəkil
Daha çox əllər zədələnir. Onun həm arxa, həm də ovuc səthi zədələnə bilər. Qıcıqlandırıcıların təsirinə məruz qalan daha bir sahə kirpiklərdir. Dodaqları xronik şəkildə yalamaq vərdişi də təkrarlanan «islanma-quruma» sikli nəticəsində irritant dermatitə səbəb ola bilər. Eritema, quruluq, ağrılı çatlar və qabıqlanma çox səciyyəvidir. Vezikullar da yarana bilər, lakin onlar səciyyəvi deyillər. Ağrı və göynəmə simptomları olduqca geniş yayılmışdır. Göynəmə çox vaxt qaşınmadan güclü olur. Kəskin irritant dermatiti sulanan və şişkin eritematoz ləkəli fonda sulanan papulalar və ya vezikulalar ilə təzahür edə bilər. Davamlı xronik irriant dermatiti lixenifikasiya, eritematoz ləkələr, çatlar, ekskoriasiya və qabıqvermə ilə səciyyələnir. Hiperkeratotik forma daima qabıqlanan, çatlar və zıif eritema ilə səciyyələnir və mexaniki travma, məsələn, kağızların daşınması nəticəsində baş verə bilər. Açıq dəri xarici preparatlarla təmas zamanı «yana» bilər, halbuki digər hallarda normal ötüşə bilər.

KƏSKİN EKZEMA
Kəskin ekzema kəskin ekzematoz iltihabi prosesdir, klinik olaraq eritema, ödem və vezikulların əmələ gəlməsi, ocaqların sulanması, bəzən güclü qaşınma ilə səciyyələnir.

Klinik şəkil
Klinik əlamətlərə eritema, ödem, vezikulların yaranması və sulanma aiddir. İltihab orta ağırlıq dərəcəsindən ağır dərəcəyə qədər inkişaf edir.Dərinin səthində kiçik, şəffaf, maye ilə dolu vezikullar əmələ gəlir. Qovuqlar inkişaf edə bilər. Əgər provokasiya amillərindən yayınmaq mümkündürsə, səpgilər 7-10 gün ərzində sağalır, 3-cü həftədə dəri tamamilə təmizlənir. Ekskoriasiya infeksiyaya yol açır və seroz mayenin toplanmasına, qartmaqların və irinin yığılmasına səbəb olur.Ekskoriasiyanın nəticəsində ikincili infeksiya, həmçinin dermatitin ağırlaşması və onun davametmə çeddətinin uzanması baş verir.

XRONİKİ EKZEMA
Xronik ekzematoz iltihabi xəstəliyə yoluxmuş dərihiperemiyalaşmış, iltihablaşmış, qalınlaşmış və qabıqlanamaya məruz qalmışdır.

Klinik şəkil
İntensiv qaşınma ekskoriasiyalara səbəb olur.İltihablaşmış qaşınan dəri qalınlaşır, səthi dəri xəttləri daha qabarıq nəzərə çarpır. Dərin paralel dəri xəttləri( lixenifikasiya) olan qalın lövhələr əmələ gəlir. Daha çox zədəyə məruz qalan (əlçatan) və büküşlər zonasının zədələnməsi səciyyəvidir. Ən səciyyəvi lokalizasiya̶boynun arxa səthində, dizaltı çuxurda, baldırlarda, göz qapaqlarında və anogenital nahiyəsindədir. Zədələnmiş dəridə hipo və ya hiperpiqmentasiya ola bilər.

DİSHİDROTİK EKZEMA
Dishidrotik ekzemanı adlandırmaq üçün həmçinin “dishidroz” və «pompholux» termini işlədilir. Ovucların ekzemasının 20-25%-də dishidrotik ekzema müşahidə olunur. Ekzemanın bu forması naməlum etiologiyalı xarakterik xronik residivləşən ekzematoz dermatitlə təmsil olunur. Dishidrotik ekzema üçün adətən ovuclarda, barmaqların və ya dabanların yan səthlərində gecle qaşınma, qəfil meydana çıxan, simmetrik vezikullar şəklində səpgilər səciyyəvidir. Xəstələrin anamnezində adətən atopiya (şəxsi və ya ailə anamnezində̶astma, ot qızdırması və ya atopik ekzema) vardır. Qaşınma və ya güclü qaşınma xəstəliyin kəskinləşməsindən və ya residivdən əvvəl baş verir.Hiperhidroz (həddən artıq tərləmə) çox vaxt bu vəziyyəti müşayiət edir və ya onu ağırlaşdırır. Qadınlarda xəstələnmənin ən yüksək səviyyəsi ömrünün 2-ci onilliyində, kişilərdə isə 4-cü on illiyin yarısına təsadüf edir.

Klinik şəkil
Diametri1-5mm olan vezikullar monoform, dəridə yerləşmiş səpgilər şəklindədir, içərisi şəffaf maye ilə dolu və yarmani xatırladır. Vezikullar ovuclarda, barmaqlarınvə ya dabanların yan səthində qəflətən və simmetrik əmələ gəlir. Qaşınma azaldıqca pulcuqların halqaları və qabıqlanma vezikullarla əvəz edilir.Xəstəliyin mərhələsindən asılı olaraq klinisist yalnız qəhvəyi ləkələrimüşahidə edə bilir. Kəskin proses başa çatdıqda, dəri qabıqlanır və qəhvəyi ləkələri olan qırmızı rəngli çatlamış əsası görünür. Qəhvəyi ləkələr̶keçmiş vezikulyasiyanın yeridir. Vezikullar 1-3 həftə ərzində tədricən sağalırlar. Bundan sora eritema, qabıqlanma və lixenifikasiya ilə birgə xronik ekzematoz dəyişikliklər baş verə bilər. Simmetrik yerləşmiş vezikulların əmələ gəlməsi ilə bərabər tez-tez dalğavari residivlər başe verə bilər. Naməlum səbəblər üzündən xronik residivləşən səpgilər bəzən müddətdən sonra sağalır.