Övrə

Övrə

Məqalələr
2 841

KVİNKE ÖDEMİ
Övrə və kvinke ödemi kəskin allergik reaksiyalara və ya sürətli hiperhəssas reaksiayalar tipinə aiddir. Buraya həm də Layella sindromu, Stibens-Conson sindromu, anafilaktik şok da aiddir. Sadaıanan xəstəliklər pasiyentin həyatı üçün böyük təhlükə törədir, hətta bunlardan bəziləri ölümlə də nəticələnə bilər.
Övrə - çox yayılmış xəstəlikdir, təxminən hər 3 nəfərdən biri heç olmazsa bir dəfə bu xəstəliyə tutulur. Xəstəlik dəridə sürətlə əmələ gələn, qaşınan, monomorf,köpüşük şəklində olan səpgiləin əmələ gəlməsi ilə xarakterizə olunur.
Bu monomorf urtikar qaşınan səpgili polietioloji dermatozdur. Övrə müxtəlif etiologiyalı bir çox xəstəliklərlə allergik və ya psevdoallergik reaksiyalar nəticəsində əmələ gəlir.
Övrə vı Kvinke ödemi bütün yaşlarda ola bilər. Ancaq daha çox 21-dən 60 yaşa qədər müşahidə olunur.

Klinik şəkil
Allergik reaksiyanın sürətli tipində adətən ensibilizasiya 7-14 sutkadan sonra baş verir, övrə həm müalicə vaxtı, həm də preparatların dayandırılmasından sonra əmələ gələ bilər. Sensibilizə olunmuş xəstələrdə övrə bir neçə dəqiqə və ya saatdan sonra əmələ gəlir. İmmunokompleksli allergikreaksiyalar 7-10 sutkadan sonra inkişaf edir. Sensibilizə olunmuş xəstələrdə reaksiya müalicə başlayandan 12-36 saat sonra müşahidə olunur.
Qeyri-steroid iltihabəleyhinə preparatların qəbulundan 20-30 dəq.(4 saata qədər) reaksiya baş verir. Xəstələr ovucda, pəncədə, qulaqlarda qaşınma və yanmadan şikayətlənir, artraligiya da ola bilər. Tənəffüs yollarının selikli qişasının ödemi nəticəsində təngnəfəslik və boğulma müşahidə olunur. Allergik reaksiyanın sürətli tipində ümumi zəiflik: qızartı, qəfləti zəiflik, başağrısı,başgicəllənmə,bronxospazm, döş sümüyü arxasında sıxıcı ağrı, ürəkdöyünmə, ürəkbulanma, qusma, qarında tutmavarı ağrılar, ishal olur.
Kəskin övrənin klinikasının ilin elementi köpüşük olan( dermanın məməcikli qatının kəskin ödemi) monomorf səpgilərlə xarakterizə olunur.İri köpüşüklər bir neçə saat ərzində əmələ gəlir və öz-özünə, yaxud dərman maddələrinin təsirindən çəkilib gedir. Onlar eyni yerdə yenidən əmələ gələ bilərlər.Köpüşüyün rəngi çəhrayı olur, böyük elementlərdə mərkəzi açıq rəngli, kənarları qırmızı həlqə şəklində olur. Köpüşüyün forması-oval, qövsvari, həlqəvari, polisiklik, xətvari, hədəfvari olur. Elementlərə periferik böyümə və mərkəzdən yox olma və ya sorulma xasdır. Onlar bəzən öz aralarında birləşir və qəribə naxışlar əmələ gətirir (urticaria fiqurata). Köpüşüklərin geniş sahədə birləşməsi xəstənin ümumi vəziyyətinin pisləşməsinə: bədən temperaturunun yüksəlməsinə, zəiflik, üşütməyə- “məxmərək qızdırmasına” , uşaqlarda həzm və nevroloji pozğunluqlara səbəb ola bilər. Dodağın, dilin, yumşaq damağın, qırtlağın selikli qişasında səpgilər müşahidə olunur. Çox nadir hallarda özündən sonra hiperpiqmentasiya (urticaria cum piqmentosa) qoyan hemorragik köpüşüklər, eləcə də içərisi seroz və ya hemorragik maye ilə dolu olan (urticaria bullosa) qovuqlu köpüşüklər əmələ gəlir.
Kəskin övrənin bir növüdə demoqrafik övrədir (urtikaria faktita-urtikar dermoqrafizm). Demoqrafik övrə mexaniki qıcığa cavab olaraq xətvari formada köpüşüklərin əmələ gəlməsi ilə xarakterizə olunur. Adi övrədən fərqli urtikar dermoqrafizmdə qaşınma olmur.
Soyuq övrəsi soyuğun təsirindən sonra dəridə qaşınma, ödem, hiperemiya ilə xarakterizə olunur. Xəstəliyin simptomları ilin soyuq fəslindədərinin açıq sahələrinə rütubətli nım havada aşağı temperaturun təsirindən meydana çıxır. Dərinin dərindən soyuması nəticəsidə Kvinke ödemi, dərinin böyük səthinin sürətlə soyulması ( məs. soyuq suda çimmə) nəticəsində isə yayılmış övrə və anafilaktik şok ola bilər.
İsti övrə isti hava şəraitində işləyənlərdə olur. Yerli reaksiyalar başağrısı vı diareya ilə müşayiət olunur.