Psoriaz

Psoriaz

Məqalələr
2 277

Psoriaz (Psoriasis), sin.pullu dəmrov̶xroniki, genetik determinasiyalı, proliferasiyalı, multifaktorial təbiətli residivlənən papulalı- skvamoz dermatozdur.

Epidemiologiya
Xəstəlik Yer kürəsinin bütün qurşaqlarında, müxtəlif millətlər və irqlərdən olan əhali arasında qeyri-bərabər tezlikdə - 0,1-3% və daha çox yayılmışdır.Psoriaz daha çox 10-25 yaşlarında meydana çıxır, lakin birinci dəfə istənilən yaşda özünü büruzə verə bilər. 1 yaşlı uşaqda və 82 yaşlı qocada psoriaza təsadüf olunmuşdur. Psoriaz kişilərdə və qadınlarda eyni cür təzahür edir, lakin uşaqlar arasında ona çox vaxt qızlarda, böyüklərdə isə kişilərdə (60-65%) rast gəlinir.

Etiologiya və patogenez
Psoriazın baş verməsində çoxsaylı hipotezlərdən heç iri ümumilikdəqəbul olunmamışdır. Burada genetik faktorların rolu şübhəsizdir, xəstəlik ailəvi, o cümlədən əkizlərdə təsadüf olunmuş və onun HLA sistemi ilə korrelyasiyası aşkarlanmışdır. Psoriaz zamanıautosom-dominant irsilik (50%-dək ehtimal olunur) kimi, həm də xəstəliyin baş vermısində irsi meyillik mümkündür. Psoriaz zamanı immun pozuntaların qabarıqlığı (T-supressorların defekti zamanı T-helperlərin yüksək aktivliyi, dövredən immun komplekslərin artmış miqdarı, iltihabönü sitokinlər, şişin nekroz faktoru və s.) psoriazm müxtəlif ekzo və endogen faktorların (tiggerlər) təsiri altında inkişaf edənimmungenetik xəstəliklərdən hesab etməyə əsas verir. Yol verilən faktorların müxtəlifliyi (stress, zədələr, metabolik pozuntular, neyroendokrin disfunksiyalar, yoluxucu xəstəliklər, fiziki və kimyəvi qıcıqlar, dərman preparatları və s. psoriazm multifaktorial təbiətli olmasını müəyyən edir. Psoriazm patogenezində keratinositlərin artıq proliferaiyası,epiteliositlərin differensasiyasının pozulması, energetik balansla əlaqədar metabolik proseslərin yüksək aktivliyi, keratohialinin sintezinin çatışmazlığı durur.

Klinik şəkil
Psoriaz dəriörtüyünün istənilən sahəsini, eləcə də dırnaqların və dayaq-hərəkət aparatını zədələyə bilər, lakin ən çox ətrafların açıcı səthində (85%-dək təsadüflərdə) başın tüklü hissəsində (60%-dən çox) lokalizasiya olur.
Proses monomorfdur və bir qayda olaraq simmetrikdir. İlkin element – asan qopan, üstündə gümüşü-ağ pulcuqları olan çəhrayı rəngdə epidermo – dermal papulalardır. Təzə elemetlər daha parlaqdır (qırmızıya kimi), köhnələri isə çox solğundur. Təzə papulada pulcuqlar mərkəzdə yerləşir, onların preferiyası boyunca ensiz, al-qırmızı haşiyə müşahidə olunur. Sonra qabıqlanmasürətlənərək elementin bütün səthini tutur. Psoriazdaəvvəlcə papular düzgün dairəvi kontura malik olur və diametri 1-2 mm-dir. Prosesin proqressivləşməsinə görə psoriatik papulalarperiferiyaya doğru yayılır, böyüyür, lövhələr əmələ gətirir, bunlar da iri ölçüyə çataraq möcüzəli şəkil alır. Çox vaxt eynibir xəstədə, müxtəlif ölçüdə papulalı elementler və psoriatik lövhələr müşahidə olunur.