Çəhrayı dəmrov

Çəhrayı dəmrov

Məqalələr
5 853

ÇƏHRAYI DƏMROV
Çəhrayı dəmrov (pityriasos rosea) etiologiyası və patogenezi məlum olmayan xəstəlikdir. Çox vaxt ilin soyuq dövründə və ya soyuqlamadan sonra baş verir. Əksər hallarda böyüklər xəstələnirlər.
Xəstaliyin infeksion təbiətə malik olması güman edilir, ancaq çəhrayı dəmrovun özü yoluxdurucu deyildir ( ailədə digər üzvlərin xəstələnməsi nadir hallarda qeyd olunmuşdur).

Klinik şəkli
Səpgilər əmələ gəlməzdən əvvəl subfebrilitet, oynaqlarda ağrılar, halsızlıq, baş ağrısı müşahidə edilə bilər.Bəzən boyun limfa düyünləri böyüyə bilər.
Səpgilər simmetrik xarakterdədir, gövdənin, ətrafların dərisi (ovuc və ayaq pəncəsinin dərisi istisna olmaqla), nadir hallarda boyun və üz zədələnir. Səpgi elementləri dövri şəkildə, alovlanma tipində meydana çıxır. Subyektiv olaraq qaşınma narahat edir. Ləkələr dairəvi və ya oval formadadır, diametri 2-3 sm-ə qədər, periferiyaya doğru böyüməyə meyillidirlər, Lanqer xətii boyunca yerləşirlər. Ləkələrin mərkəzi cüzi batmış, zərif büküşlərə malikdir («papiros kağızı»simptomu), qabıqverməmərkəzi və preferik zonanın sərhəddində səciyyəvi«yaxalıq» şəklində daha aydın nəzərə çarpır. Ləkələrin kənarı qabarmış, şişkindir, daha parlaq rəngdədir və qabıq vermirlər. Belə səpgi elementləri medalyonu xatırladır. Yayılmış səpgilərdən 1-2 həftə əvvəl oval və ya dairəvi sərhədləri olan və çox kəskin nəzərə çarpan «papiros kağızı» simptomunu xatırladan və nazik preferk eritema haşiyəsi ilə əhatə olunan böyük ölçüdə (diametri 3-4sm) bir element əmələ gəlir̶«ana lövhəcik» adlanır. Elementlər mərkəzi hissədən sağalırlar və səpgiyə aydın üzükvari xarakter verir. Sonra tədricən periferik haşiyə də yox olur. Səpgi elemetlərinin reqressiyasından sonra müvəqqəti olaraq hiperpiqmentasiya qalır.
Çəhrayı dəmrovun müxtəlif formaları ayırd edilir: urtikar, papulyoz, vezikulyoz, follikulyar və digər formalar̶bunlar nadir hallarda rast gəlirlər. Su prosedurlarının (hamam, duş), kobud alt paltarının, UBŞ, qıcıqlandırıcı xaricə təyin ediləndərman vasitələrinin təsiri altında səpgi elementləri bir-biri ilə birləşərək eritrodermiya sahələri əmələ gətirə bilərlər ki, bu da xəstəliyin gedişinin xeyli ağırlaşdırır.