Dəri vaskulitləri

Dəri vaskulitləri

Məqalələr
1 606

DƏRİ VASKULİTLƏRİ
Dəri vaskulitləri (angiitlər) ̶ dedikdə, özünün klinik və patomofroloji simptomatikasında ilk və aparıcı həlqəsi olan müxtəlifkalibri dermal və hipodermal qan damarlarının divarlarının qeyri-spesifikiltihablaşmasıüstünlük təşkil edən dermatozlar başa düşülür.

Livedo-angiit
Livedo-angiit, yalnız qadınldarda, adətən cinsi yetkinlik dövründə müşahidə olunur.Onun ilk simptomlarına müxtəlif ölçülərə və sərhədlərə malik davamlı livedo-göyümtül ləkələr aid olaraq aşağı ətraflarda, bəzən saiddə , əllərdə üzdə və bədəndə müxtəlif ilgili-torlu şəbəkə əmələ gətirir. Ləkələrin rəngi soyuqda kəskin artır. Vaxt keçdikcə livedonun rəngi daha qabarıq görünür, onun fonunda (əsasən topuqlar nahiyəsində və ayaqların alt hissəsində) xırda qansızmalar və nekrozlar meydana çıxaraq xoralar əmələ gətirir. Ağır hallarda iri göyümtül-tünd qırmızı ləkələrin fonunda ağrılı düyünlü bərkimələr əmələ gəlir ki, onlar da geniş ölçülü nekrozlara çevrilərək sonradan dərin yavaş-yavaş sağalan xoraları əmələ gətirirlər. Xəstələr soyuqdan qorxurlar, ətraflarında uzun sürən, düyündərdə və xoralarda isə güclü pulsasiya edən ağrılar hiss edirlər. Xoralara sağaldıqdan sonra ətafında hiperpigmentasiya zonaları olan ağımtıl çapıqlar qalır.

Düyünlü angit
Düyünlü angit (düyünlü vaskulit)düyünlü eritemanın müxtəlif variantlarını özündəbirləşdirərək bir-birindən düyünlərin xarakteri və prosesin gedişatı ilə fərqlənir.
Kəskin düyünlü eritema – klassikdir, lakin heç də xəstəliyin tez –tez rast gələn forması deyildir. O, baldırlarda (nadir hallarda ətrafların digər sahələridə) sürətlə aşağı ətrafların ümumi şişkinliyi fonunda parlaq-qırmızı uşaq ovucu böyüklüyündə ödemli ağrılı düyünlərin əmələ gəlməsi ilə təzahür edir. Bədən temperaturunun 38-390C-yə qədər yüksəlməsi, ümumi zəiflik, baş ağrısı, artalgiyalar nəzərə çarpır. Xəstəlikdən əvvəl soyuqdəymə, angina əlamətləri meydana çıxır. Düyünlər 2-3 həftə ərzində iz qoymadan itirlər, tədricən öz rəngini göyümtül,yaşıl, sarı («qançırın işıq saçması») rəngə qədər dəyişir. Düyünlərin xoraya çevrilməsi baş vermir. Residivlər müşahidə olunmur.
Xronik düyünlü eritema̶dəri angiitinin ən çox rast gələn formasıdır, davamlı residivləşən gedişi ilə fərqlənir, adətənorta və ahıl yaşlı qadınlarda, bəzən damar və allergik xəstəliklər fonunda, fokal infeksiyalar və kiçik çanaq orqanlarında iltihabi və ya şişəbənzər proseslər fonunda (xronik adneksit, uşaqlığın mioması) meydana çıxır. Kəskinləşmələr çox vaxt yazda və payızda baş verir, az miqdarda göyümtül-çəhrayı, qoz böyüklüyündə bərk ağrılı düyünlərinəmələ gəlməsi ilə xarakteriza olunur. İnkişafının əvvəlində düyünlər dərinin rəngini dəyişdirmir, onun üzərindən qabarmırlar, təkcə palpasiya zamanı təyin edilirlər. Düyünlərin əsas lokalizasiyası̶ baldırlardır (adətən onların ön və yan səthləri). Baldırların və ayaqların alt hissəsinin orta dərəcəli ödemli müşahidə olunur. Ümumi əlamətlər daimi deyildir və zəif nəzərə çarpır. Residivlər bir neçəay davam edir, bu müddətdə bəzi düyünlər sorulur, onların yerində isə digərləriəmələ gəlir.
Miqrasiya edici düyünlü eritema adətən yarımkəskin, bəzən xroniki gedişlə sürür və əsas zədələnmənin özünəməxsus dinamikasına malik olur. Bir qayda olaraq, proses assimmetrik xarakter daşıyır və baldırların ön-yan səthindəyastı düyünün əmələ gəlməsi ilə başlayır. Düyün çəhrayı-göyümtül rəngdə, xəmirvari konsistensiyalı olur və periferik artım hesabına çox tezliklə böyüyür, mərkəzi batmış solğun rəngli iri, valşəkilli daha geniş periferik zonası olan dərin lövhəyə çevrilir. Digər baldırda tək-tək xırda düyünlər də müşahidə edilə bilər. Zədələnmələr bir neçə həftədənbir neçə aya qədər davam edə bilər. Ümumi əlamətlərin (subfebrilitet, halsızlıq, artalgiyalar) yaranması mümkündür.