Dəri törəmələrinin xəstəlikləri

Dəri törəmələrinin xəstəlikləri

Məqalələr
1 977

Seboreya
Akne (vulqar civzələr)
Rozasea
Ocaqlı alopesiya

Dərinin törəmələrinin (tüklərin,dırnaqların, piy və tər vəzilərinin) bu qrupunda akne (vulqar sızanaqlar),rozasea (çəhrayı sızanaqlar) və alopesiya (çapıqlaşmayan̶ocaqlı, androgenetik, diffuz) nəzərdən keçilir.

SEBOREYA
Seboreyadedikdə piy vəzilərinin dəyilmiş kimyəvi tərkibə malik dəri piyinin həddən artıq ifraz edilməsi ilə əlaqədar dərinin xəstəlik vəziyyəti başa düşülür. Beləliklə, seboreya zamanı baş verən patoloji dəyişikliklər dəri piyinin kəmiyyət və keyfiyyət tərkibinin dəyişilməsi ilə bağlıdır.
Piy vəziləri bol olan sahələrdə pis həddən artıq ifraz olunduqda dəri çox parıldayır. Əgər barmaqla burun-dodaq qırışları, alın, qulaq seyvanları və ya döş sümüyüboyunca toxunsaq yağlı piy qatı hiss olunar. Bu piy-tərqatının parıltısı çox vaxt üzün görünüşünü kosmetik baxımdan dəyişdirir. Güclü seboreya zamanı tüklər hər yumadan sonra yağlı qalır, bir-birinə yapışır və öz formasını itirirlər. Başın dərisinin yağlığının həddən artıq olması ilə eyni zamanda yağlı qabıqlanma da müşahidə olunur. Seboreya zamanı gigiyena qaydalarına əməl etmədikdə bədənin xoşagəlməz iyi meydana gəlir. Yayda isti iqlim şəraitində seboreya xüsusilə kəskin inkişaf edir, lakin yalnız güclü tərləmə olduqda nəzərə çarpır. Soyuq qış aylarında o, bir o qədər də narahatlıq gətirmir.
Seboreya zamanı piy toxunmasının tərkibi xeyli dəyişir. Sağlam şəxslərləmüqayisidə seboreya ilə xəstələrdə dəri piyində androgenlərin miqdarı xeyli yüksılmiş və estreogenlərin miqdarı azalmışdır. Lakin seboreya zamanı dəri piyinin keyfiyyət dəyişiklikləri hər şeydən əvvəldoymamış yağ turşularının̶linol turşusununmiqdarının artması ilə əlaqədardır. Dəri piyinin tərkibindəyüksəkvə aşağı çəkili yağ turşuları arasında nisbət ali sərbəst yağ turşularının miqdarının artması ilə əlaqədar dəyişilir. Seboreya zamanı dəri piyində linol turşusunun miqdarı azalır ki, bu da dərinin pH-nın yüksəlməsinə, epitelinin keçiriciliyinin dəyişilməsinə, dəri səthində mikroorqanizmlərin böyüməsinəgətirib çıxarır.
Seboreyanın yaranmasının səbəbi məlum deyildir. Belə ki, irsiyyət amilləri, həmçinin müxtəlif hormonların təsiri mühüm rol oynayır. Seboreyanın inkişafında emosional amillər, sinir sisteminin müxtəlif pozğunluqları əhəmiyyətli rol oynayır.
Qadınlarda seboreyanın yaranması orqanizmdə androgenlər və progesteron arasındakı normal nisbətin dəyişilməsi ilə əlaqədardır. Pasiyentlərdə çox vaxt hipoesterogeniya və ya hiperpogesteronemiya ilə birgə hiperandrogenemiya aşkar edilir. Qadınlarda seboreyanın patogenezində hormonların mühüm rol oynamasını aşağıdakı faktlar sübut edir: cinsi yetkinlik dövründə xəstəliyin başlanması, aybaşı siklindən 1 həftə əvvəl prosesin kəskinləşməsi (aybaşı siklinin lyütein mərhələsi), xəstəliyin çox vaxt aybaşı siklinin pozğunluqları ilə əlaqədar olması, gec menarxiyanın baş verməsi; hamiləlikdən sonra, hamiləliyin pozulması, kiçik çanaq orqanlarının iltihabi prosesləri zamanı seboreyanın inkişaf etməsi.
Kişilərdə seboreyanın əsas səbəbi orqanizmdə androgenlər arasında nisbətin dəyişilməsi hesab edilir. Kişilərdə hiperandrogeniya endokrin tarazlığınpozulması (disbalans), həmçinin androgen hasil edən şişlərlə (seminoma) əlaqədar ola bilər.

AKNE (VULQAR SIZANAQLAR)
Dərinin çox geniş yayılmış xəstəliyi olub 12 yaşdan 25 yaşa qədər şəxslərin 85%-nivə 25 yaşdan yuxarı şəxslərin 11%-ni zədələyir. Bu xəstəlik dünyanın bütün millətləri (irqləri) arasında geniş yayılmışdır. Klinik olaraq akne ən çox 16 yaşla 18 yaş arasında rast gəlir və ayrı-ayrı hallarda 40 və daha yuxarı yaşlara qədər təsadüf edir (gecikmiş tipli akne). Qızlarda akne gənc oğlanlara nisbətənerkən vaxtlarda başlayır. Komedon akneləri çox vaxt təqribən12 yaşlarında rast gəlir; papulyoz və pustulyoz akne -16 yaşlarında; dərin iltihablaşmış formalardaha gec vaxtlarda̶16 yaşla 20 yaş arasında müşahidə olunur. Akne zamanı yaş fərqləri və dəyişkən klinik şəkli xəstəliyin patogenezi haqqında daha dəqiq məlumatların əldə olunmasını, həmçinin onun müalicəsi zamanı klinik təcrübənin meydana gəlməsinə gətiribçıxara bilər. Lakin hətta yüngül formalar böyükemosional distressə səbəb olur və ciddi psixososial fəsadlarla nəticələnir.
Akne tük follikullarının və piy vəzilərinin xəstəliyidir. Aknenin patogenezində bir-biri ilə əlaqədar 4 amil rol oynayır: patoloji follikulyar hiperkeratoz, piy vəzilərinin ifrazatının həddən artıq əmələ gəlməsi; Propionibacterium acnes (P.acnes) artması və iltihabi. Bundan başqa, piy vəzilərinin xarakterinə və həcminəandrogenlərdə təsir edirlər ki, bu da aknenin patogenezindəmühüm rol oynayır, halbuki onun təsir mexanizmi hələ tam məlum deyildir.
Aknenin iltihabi və qeyri-iltihabi elemetləri ayırd olunur. Qeyri-iltihabi elementlər komedon və miliumlarla təmsil olunmuşlar.

Klinik formalar
İltihabi aknelərin klinik formaları bunlardır: papulyoz, pustulyoz, indurativ, fleqmonoz, konqlobat, düyünlü-kistoz, tropik, ildırımvari, invers, akne- tetrada.
Papulyoz akne (acne papulosa) komedonlarınəsasında əmələ gələn iltihabi infiltratdır, bunun nəticəsində tünd-qırmızı rəngli azacıq dərinin üzərindən qabarmış kiçik düyüncüklər əmələ gəlir.
Pustulyoz akne (acne pustulosa) papulyoz aknelərin yerində əmələ gəlir. İltihabi infiltrat böyüyür, düyüncüklərin mərkəzində irinli möhtəviyyatı olan boşluq yaranır. Pustulalar ağrısızdır, bəzən azacıq qaşınmaya səbəb olur.
İndurativ akne (acne indurata) iltihabi piy-tük follikullarının ətrafında qabarıq səthə malik böyüksahəli infiltratın nəticəsində əmələ gəlir. Onlar noxud ölçüsündəvə daha böyük olurlar. Çox ləng sağalırlar. Bəzən onların yerində kiçik keloidlər əmələ gəlir.
Fleqmonoz aknelər (akne phlegmonosa) –dərin, ləng inkişaf edən, follikulyar və ya perifollikulyar dermo-hipodermal abseslərdir. Fleqmonoz aknələr dərində yerləşmiş, tez yetişən, absesəmələ gətirməyə meyilli olan iri pustulaların birləşməsi nəticəsində yaranırlar. Onlar tünd qırmızı, göyümtül rəngdədirlər, gavalı ölçüsünə qədər çatırlar.
ROZASEA
Rozasea (çəhrayı sızanaqlar) -üzün dərisinin naməlum etiologiyalı xronik xəstəliyi olub proqredient gedişli, tez –tez qızartının olması, persistensiya edən eritema, tele-anqeiktaziyalarla, iltihabi hallarla, papula, pustula və bəzən düyünlərin yaranması ilə səciyyələnir. Daha ağır hallarda bir neçə il keçdikdən sonra insanı eybəcərləşdirən hipertrofiya, xüsusilə də burun nahiyəsində- rinofima inkişaf edə bilər. Xəstəlik 30-40 yaşlar arasında başlanır və ən yüksək zirvəsinə 40-50 yaş arasında çatır. Çox vaxt qadınlar xəstələnirlər, lakin birləşdirici toxumanın və piyvəzilərinin hiperplaziytası (əsasən, rinofimanın yaranmasına səbəb olur) yalnız kişilərdə müşahidə edilir.

Patogenez
Rozaseanın yaranmasının səbəbi məlum deyildir, halbuki xəstəliyin mənşəyi haqqında çoxlu nəzəriyyələr vardır. Rozaseanın patogenizində damar pozğunluqları, mədə-bağırsaq yolunun patologiyası, endokrin sistemin disfunksiyası, psixosomatik və immun pozğunluqlar, həmçinin bir sıra endokrin amillər aparıcı rol oyanayır. Rozaseanın irsi meyilliyə malik olması aşkar edilməmişdir.

Mədə-bağırsaq yolunun xəstəlikləri
Əksər alimlərin fikrincə, mədə-bağırsaq yolunun fəaliyyətinin pozğunluqları rozaseanin patogenizində əhəmiyyətli rol oynamır. Rozasea ilə xəstələrin 50-90%-də qastrtin kliniki və histoloji əlamətləri, 33%-də isə nazik bağırsağın selikli qişasının patoloji dəyişikləriaşkar edilmişdir. Mədə şirəsinin müayinəsininnəticələrinin əsasındaçox vaxt hipo-və ya anasid, az hallarda- hiperasid vəziyyətə daha çox fikir verilir.Ədəbiyyatda bağırsağın xronik iltihabi xəstəlikləri ilə rozaseanınassosiasiyaları haqqında məlumatlar verilmişdir. Rozasea ilə xəstələrdə qastrointestinal yolun spiral formalı Helicobacter pylori bakteriyaları (onlar B tip xronik aktiv qastritin etioloji amili sayılırlar) ilə yüksək dərəcədə məskunlaşması da diqqəti cəlb edir. Aparılan müayinələrin əsasında rozasea və H.pylori tərəfindən törədilən MBY-nun xəstəlikləri arasındaəlaqənin olmasını tamamilə istisna etmək olmaz (baxmayaraq ki , əldə olunan məlumatlara görə xroniki urtikari ilə müqayisədə çox ziddiyyətlidir).

OCAQLI ALOPESİYA
Alopesiya (keçəllik) –tüklərin patoloji tökülməsidir. Çapıqlı və çapıqsız alopesiya ayırd olunur. Çapıqlı alopesiya dərinin iltihablaşması, atrofiyası vəçapıqlaşmaslı nəticəsində tük follikullarının dağılması ilə nəticələnir.Çapıqsız alopesiya əvvəllər dərinin zədələnmələri olmadan da inkişaf edir. Çapıqsız alopesiyaya ocaqlı alopesiyanl (alpecia areata), androgenetik alopesiyanı (alopecia androgenetica), diffuz alopesiyanı (alopecia diffusa) aid edirlər.
Ocaqlı alopesiya (ocaqlı dazlıq, alopecia areata, dairəşəkili keçəllik) xronik dermatoz olub tük follikullarına müxtəlif təsirlər nəticəsində tüklərin patoloji tökülməsi ilə səciyyələnir və klinik olaraq başın tüklü hissəsində, saqqal nahiyəsində, qaşlarda, kirpiklərdə və bədəndə tüklərin tamamilə olmaması ilə nəzərə çarpan ocaqların yaranması ilə təzahür edir.

Klinik şəkil
Ocaqlı alopesiyanın klinik əlamətləri olduqca spesifikdir: tam sağlam fonda, subyektiv əlamətlər olmadan (nadir hallarda ocağın yarandığı yerdə arabir sancmalar ola bilər) tüklərdən azad dairəvi və ya oval ocaqlar əmələ gəlir. Tüksüz sahələrdə tüklər töküldüyü və tük soğanaqları azaldığı üçün dəri bir qədər gərilmişdir («batmışdır»). O, fil sümüyü rəngində və ya bir qədər iltihablaşmışdır. Atrofiya əlamətləri yoxdur, tük follikullarının dəlikləri qalmışdır. Çox vaxt proses ənsə nahiyəsindən başlayır ki, bu da xəstəliyin inkişaf etməsində ənsə sinirinin iştirak etdiyi göstərir.